Bakıda növbəti avtobus qəzası: ölən və yaralananlar var - AİLƏ FACİƏSİ

Bakıda daha bir avtobus qəzası baş verib. Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Pirşağı-Mehdiabad yolunda qeydə alınıb.

 

Pirşağı qəsəbə sakini, 1965-ci il təvəllüdlü Allahverdi Məmmədov idarə etdiyi “Daewoo” markalı minik maşını İlham Əhmədovun idarə etdiyi “Daewoo” markalı 179 saylı xətt avtobusu ilə toqquşub.

Nəticədə Allahverdi Məmmədov hadisə yerində ölüb, sərnişinləri - həyat yoldaşı İnarə Məmmədova və qızı, 1993-cü il təvəllüdlü Qumru Məmmədova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

 

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.  

 

Müəllif | Apa.Tv
Apa.tv