Novruzu harada qeyd edəcəksiniz? - SORĞU

Novruz yeni gün, yeni həyat mənasını daşımaqla həm də yeni il deməkdir. Çünki məhz Novruzda həyat yenidən canlanır, torpaq qış yuxusundan oyanır, bitkilər baş qaldırır, ağaclar çiçəklənir, günəş istisi artır, gecə ilə gündüz bərabərləşir və beləliklə, yeni həyat başlayır.

 

Bayram tətilində 9 gün qeyri-iş günü olduğundan, paytaxt sakinləri arasında sorğu keçirib Novruzu harada qeyd edəcəkləri ilə maraqlandıq.

 

- Bayramı Gürcüstanda, Borçalıda qeyd edəcəyəm.

 

- Bayramdan sonra gedəcəyəm Kürdəmirə Şamaxıya. Atam evinə, qardaşımın evinə, bacımın evinə.

 

- Bu bayram bizim üçün pis gəldi, anam rəhmətə getdi. Amma hələ ki, Bakıdayıq.

 

- Yəqin ki, Azərbaycanda. Çünki bizim adət-ənənələrimiz daha yaxşıdır. Burada yaxşı qeyd edirlər.

 

- Bayramı Şirvan şəhərində qeyd edəcəyəm. Rayonlarda qeyd etmək daha yaxşıdır, çünki orada adət-ənənələr yüksək səviyyədə yerinə yetirilir.

 

- Bayramı öz vətənimizdə keçirmək istəyirik. Çünki biz öz vətənimizdən uzaqlardayıq. Sankt-Peterburq şəhərindən gəlmişik ki, Bakıda bayramı qeyd edək. Bir gün Bakıda olacaq, sonra başqa rayonlara gedəcəyik. Şamaxıda və yaxud İsmayıllıda, Şirvan şəhərində qeyd edəcəyik.

 

- Öz evimizdə ailəmlə uşaqlarımla birlikdə. Təqaüdçü adamda o güc yoxdur ora-bura getsin.

 

- Qəbələyə getmək istəyirik. Bir gün evdə olacağıq. Bir gün də dostlarımızla birlikdə qeyd edəcəyik.

 

- Tovuz rayonuna gedəcəyəm. Tovuzdanam.

 

Novruz Bayramınız mübarək!

Müəllif | Apa.Tv
Apa.tv