İstanbulda partlayış oldu: ölən və yaralananlar var - YENİLƏNİB

Türkiyənin İstanbul şəhərinin mərkəzində partlayış baş verib. APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, hadisə İstiqlal prospektində, Dəmirörən ticarət mərkəzinin qarşısında baş verib.

 

İstanbul valisi Vasip Şahin deyib ki, partlayış nəticəsində 4 nəfər ölüb. O, partlayışı kamikadzenin törətdiyini, ölənlərdən birinin də məhz həmin terrorçu olduğunu bildirib. Yaralıların sayı 20 nəfərdir. Onlardan 3-nün durumu ağırdır. Yaralılardan 3-ü İsrail vətəndaşıdır.

 

Qeyd edək ki, Taksim meydanı yaxınlığında yerləşən məşhur İstiqlal prospekti ticarət mərkəzləri, mağazalar və əyləncə məkanlarının olduğu, insanların piyada çox sıx hərəkət etdiyi yerdir. İstanbula gələn turistlər ən çox bu ərazidə olur.

Müəllif | Apa.Tv
Apa.tv