Şirvanda fəhlələri daşıyan avtobus dərəyə aşdı: 17 yaralı

Azərbaycanda ağır yol qəzası baş verib. APA TV-nin xəbərinə görə, “Qarasu” Əməliyyat Şirkətində çalışan fəhlələri daşıyan avtobus Şirvan ərazisində, Mişovdağda qəzaya uğrayıb. Avtobus 150-200 metr yuvarlanaraq dərəyə aşıb.

 

Avtobusdakı fəhlələr müxtəlif dərəcəli xəsarətlər alıblar. Hadisə nəticəsində xəsarət alan 16 fəhlə və avtobusun sürücüsü Şirvan şəhər xəstəxanasına  çatdırılıb. Onlardan bəzilərinin vəziyyəti ağırdır. Qəza zamanı xəsarət alanlar 51 yaşlı Məcidov Rafiq Bahadur oğlu, 50 yaşlı Quliyev İslam Nuruş oğlu, 55 yaşlı Hətəmov Rasim Müslüm oğlu, 28 yaşlı Səlimov Asim Rasim oğlu, 35 yaşlı Məcidov Ramil Rasim oğlu, 55 yaşlı Əliyev Ələddin Müslüm oğlu, 49 yaşlı Ələkbərov Elşad Vahid oğlu, 41 yaşlı Əsgərov Mahir Xəlil oğlu, 34 yaşlı Nağıyev Nail Mirələm oğlu, 40 yaşlı Şahmarov Rəcəb Qəhrəman oğlu, 33 yaşlı Mirzəyev İlqar Ağabəy oğlu, 55 yaşlı Hətəmov Rasim Müslüm oğlu, 61 yaşlı Şahmirzəyev Musatafa Mütəllim oğlu, 55 yaşlı Bağırov Səfadər Mürsəl oğlu, 53 yaşlı Rəhimov Canəli Bünyat oğlu, 35 yaşlı Qədirov Ramil isaxan oğlu və avtobusun sürücüsü, 49 yaşlı Məmmədov Səmid Qulam oğludur.

 

Yaralıların əksəriyyətininvəziyyəti orta ağır, iki nəfərinki isə ağır qiymətləndirilir. Bir nəfər əməliyyat olunub.

 

İlkin ehtimallara görə, hadisəyə avtobusun əyləc sisteminin işləməməsi səbəb olub.

 

Avtobusun SSRİ dövründə istehsal edildiyi və istismar müddətini başa vurduğu iddia edilir. Faktla bağlı araşdırmalara başlanıb.

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı