Rza Zərrab yenidən həbs edildi - BU DƏFƏ ABŞ-DA

Azərbaycanlı iş adamı Rza Zərrab ABŞ-da həbs edilib.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, O, Birləşmiş Ştatların İrana tətbiq etdiyi sanksiyaların tələbini pozaraq, bu ölkə ilə biznes əlaqələri qurmaqla saxtakarlığa yol verməkdə və çirki pulların yuyulmasında ittiham edilir.

 

Onunla birlikdə 29 yaşı İran vətəndaşı Kamelya Cəmşidi və 65 yaşlı Hüseyn Nəcəfzadənin də oxşar ittihamlarla həbs olunduğu bildirilir.

 

Mayami Prokurorluğu saxlanılan hər üç şəxs barəsində ümumilikdə 75 il həbs qərarının çıxarılmasını istəyib.

 

Xatırladaq ki, Rza Zərrab 2013-cü ilin dekabr ayının 17-də Türkiyə polisinin keçirdiyi xüsusi əməliyyat zamanı da həbs olunmuş, 70 gün təcridxanada saxlanıldıqdan sonra azadlığa buraxılmışdı.

Müəllif | Apa.Tv
Apa.tv