Separatçı "Sadval" hərəkatının lideri öldürüldü - EVİNDƏ

Separatçı “Sadval” hərəkatının lideri Nazim Hacıyev öldürülüb.

 

APA TV-nin Rusiya mətbuatına istinadən vertdiyi xəbərə görə, Dağıstan hüquq-mühafizə orqanları məlumatı təsdiqləyib.

 

Bu gecə Mahaçqalada  Əhməd Sultanov küçəsindəki evində Nazim Hacıyevin meyiti tapılıb. Onun bədənində çoxlu sayda bıçaq zərbəsi aşkarlanıb. 1944-cü il təvəllüdlü Nazim Hacıyevin qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb.

Müəllif | Apa.Tv
Apa.tv