Neft sürətlə bahalaşır: "Brent" və WTI ilk dəfə eyni qiymətə satılır
Dünya bazarlarında "Qara qızıl"ın qiyməti bahalaşmaqda davam edir. APA TV-nin məlumatına görə, "Brent" markalı neft birjalarda 41,50 dollardan satılıb. Texas nefti da dəyər qazanıb. WTI brendi də 41,50 dollar həddinə çatıb. Maraqlı burasıdır ki, belə hal ilk dəfədir yaşanır. Söhbət "Brent" və WTI neftinin eyni qiymətə təklif olunmasından gedir. O ki qaldı qiymətlərin dəyişməsinə, ekspertlər bahalaşma prosesinin hələ bir müddət davam edəcəyini proqnozlaşdırırlar.