Lənkəranda 1 sutka ağacda ac-susuz qalan pişik belə xilas edildi - XİLASETMƏ ANI

Lənkəranda ağacda qalan pişik xilas edilib. APA TV-nin cənub bürosunun məlumatına görə, maraqlı hadisə Lənkəran Şəhərinin Dəmiryol Vağzalı  ərazisində yaşanıb. Hündürlüyü təqribən 20 metr olan ağ çinar ağacına  çıxan pişik çıxılmaz vəziyyətdə qalıb. Bir gündən artıq ağacda ac-susuz qalaraq aşağı düşə bilməyən pişiyin köməyinə ərazidə yaşayan sakinlər gəlib. Əraziyə xilasedici avtomaşın çağırılıb. Onların köməyi ilə pişik heç bir xəsarət almadan xilas edilib. Xilas edilən pişik sahibinə təhvil verilib. Dərhal ona su və yemək verilib. Daha sonra pişik müayinə olunmaqdan ötrü baytarlıq idarəsinə aparılıb.

Müəllif | Apa.Tv