Avropa şokda: Brüsseldə metro da partladıldı

Belçika paytaxtında hava limanından sonra metro da partladılıb. APA TV-nin məlumatına görə, partlayış şəhərin mərkəzindəki stansiyaların birində törədilib.

Hadisə aeroportdakı insidentdən bir neçə dəqiqə sonra qeydə alınıb. Polis araşdırmalara başlayıb. Belçikanın hüquq-mühafizə orqanları terror təhlükəsi iə bağlı gücləndirilmiş iş rejiminə keçib.

İnsan itkisi və dağıntılar barədə məlumat verilmir.

Müəllif | Apa.Tv
Apa.tv