Brüssel metrosundakı partlayış nəticəsində 10 nəfər öldü, xeyli yaralı var
Belçika paytaxtında metroda törədilə partlayış nəticəsində 10 nəfər həyatını itirib. APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, Brüssel metrosunun Malbek və Şulman stansiyalarında ard-arda iki partlayış baş verib.
Yaralı sayı dəqiq açıqlanmasa da xəsarət alanların kifayət qədər olduğu deyilir.
Xatırladaq ki, bu gün daha iki partlayış Brüssel hava limanında qeydə alınıb. Həmin hadisədə 17 nəfər ölüb, 30-dan çox yaralı var. Ümumiyyətlə bu gün Belçika paytaxtında dörd partlayış törədilib, insidentlər zamanı azı 27 nəfər həyatını itirib.