Rəsmi Brüssel: Hava limanında və metroda baş verən partlayışlar terror aktıdır

Brüssel hava limanında və metroda baş verən 2 partlayışın terror aktı olduğu açqlanıb. APA TV-nin Rusiya saytlarına istinadən məlumatına görə, Belçika hökuməti belə bir bəyanat yayıb. 

Bildirilir ki, hava limanında daha bir partlayıcı qurğu işə salınmadan tapılıb və zərərsizləşdirilib.

 

Belçika paytaxtında partlayış törədilən Şuman və Malbek stansiyaları isə Avropa Komissiyasının və Avropa İttifaqı Şurasının binalarının yaxınlığında yerləşir.

Müəllif | Apa.Tv
Apa.tv