XİN: Partlayış anında Brüssel aeroportunda azərbaycanlı da olub

Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyi gücləndirilmiş rejimdə fəaliyyətini davam etdirir”. Bu sözləri APA-ya açıqlamasında Xarici Nazirliyinin mətbuat katibi Hİkmət Hacıyev deyib.

Onun sözlərinə görə, paytaxt Brüsseldə yaşanan hadisələr ilə əlaqədar konsulluq dəstəyinə ehtiyac duyan Azərbaycan Respublikası vətəndaşları səfirliyə müraciət edə bilərlər.

“Zaventem hava limanında partlayış baş verən dövrdə ərazidə uçuş reysini gözləyən bir nəfər Azərbaycan vətəndaşı olub. Xoşbəxtlikdən həmin şəxs zərər çəkməyib, sağ-salamatdır. Səfirlik onunla təmasdadır”. SİTATIN SONU.

Müəllif | Apa.Tv
Apa.tv