Borclu olduğu şəxslə birlikdə əmisinin danasını oğurladı - SAATLIDA NONSENS

Saatlıda qəribə oğurluqlar baş verib. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə,  Saatlı rayonu polis şöbəsi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif  vaxtlarda və yerlərdə baş vermiş oğurluqların üstü açılıb.

Oğurluqda şübhəli bilinən 3 nəfər saxlanılıb. Rayonun Əbilkənd kənd sakini, 1992-ci il təvəllüdlü Kərimov Vüqar Ədiş oğlu Sabirabad rayonu Türkədi kənd sakini, 1991-ci il təvəllüdlü Rüstəmov Nicat Rüstəm oğluna olan borcunu ödəmək  məqsədi ilə onunla əlbir olaraq  öz əmisinin həyətindəki tövlədən dana oğurlayıb. 
 

Digər oğurluq hadisəsi isə  Saatlı şəhəri, Heydər Əliyev prospektində qeydə alınıb.  Saatlı rayonu, Mollavazılı kənd sakini, 1988-ci il təvəllüdlü Tağıyev Azad Mirələm oğlu əmisi oğlunun evindən 700 manat dəyərində kompüteri oğurlayıb. Azad Tağıyev əmisi oğlu ilə zarafat etdiyini qeyd edib.
 
Hər iki faktla bağlı Saatlı rayon polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı