Belçika polisi canlı bombanın fotosunu yaydı
Belçikanın paytaxtı Brüsseldə törədilən partlayışların məsuliyyətini İŞİD terror təşkilatı üzərinə götürüb.
APA TV-nin xarici KİV-ə istinadən yaydığın xəbərə görə, bu barədə İŞİD-lə əməkdaşlıq edən "Amaq" xəbər agentliyində terror təşkilatının açıqlaması yayımlanıb.
Açıqlamada İŞİD Brüsseldə yaşanan və ümumilikdə 30-dan çox adamın ölümü, 100-dən çox adamın yaralanması ilə nəticələnən terror aktlarına görə bütün məsuliyyəti üzərinə götürüb.
Belçikada rəsmi qurumlar yerli mətbuatın hadisə ilə bağlı məlumat yaymasına məhdudiyyət qoyub.
Digər yandan, Brüssel polisi "Zaventem" hava limanında partlayış törətməkdə şübhəli bilinən şəxsin fotosunu yayıb. Polisin məlumatında qeyd olunur ki, partlayış canlı bomba tərəfindən həyata keçirilib. Eyni zamanda hadisə yerindən “Kalaşnikov” markalı silah tapılıb.