Suriyadan Türkiyəyə keçmək istəyən "canlı bomba" tutuldu
Suriyadan Türkiyəyə keçmək istəyən biri "canlı bomba" olmaqla 10 İŞİD üzvü tutulub. APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, "canlı bomba" da daxil olmaqla 10 İŞİD Suriyadan Türkiyəyə keçmək istəyən zaman sərhəddə saxlanılıblar.
Saxlanılan terrorçuların üzərinə baxış zaman onlardan xeyli miqdarda silah-sursat götürülüb. Eyni zamanda onlardan birinin üzərinə bomba bağladığı məlum olub.
Sərhədçilər tərəfindən tutulan İŞİD üzvləri hüquq-mühafizə orqanlarına təslim ediliblər.