Moskvada iki qadını boğub öldürən azərbaycanlıya hökm oxundu

Xeyli müddət Moskvada yaşayan, orada cinayət törətdiyikdən sonra qaçıb gizlənən və beynəlxalq axtarış nəticəsində həbs edilən Azərbaycan vətəndaşına Bakıda hökm oxunub. O, iki qadını qətlə yetirməkdə təqsirli bilinib. Hadisənimn motivi və ölən qadınınların kimliyi barədə hər hansı bir məlumat verilməsə də, Rusiya KİV-ləri sadəcə həmin şəxsin cəzalandırıldığı barədə xəbər yayıb.

 

Əliyev soyadlı həmin şəxs 2006-cı ildə Moskvada kirayə yaşadığı mənzilində 2 qadını boğaraq qətlə yetirib. Daha sonra hadisə yerindən qaçıb. Onun barəsində RF-nın CM-nin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi acılıb və barəsində axtarış elan edilib. APA TV-nin xəbərinə görə, iİki ölkə arasında olan anlaşmaya uyğun olaraq, Əliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.   

Müəllif | Apa.Tv