Fransada bomba təhlükəsi - AEROPORT QAPADILDI

Fransanın cənubundakı Tuluza şəhərinin hava limanı təhlükəsizlik məqsədilə qapadılıb.

 

APA TV-nin xəbərinə görə, sərnişinlər və hava limanının əməkdaşları dərhal təxliyə edilib.

 

İlkin məlumata görə, buna səbəb aeroportda bomba olması barədə xəbər olub. Hava limanının Bakı vaxtı ilə saat 14:00-dək bağlı olacağı, bu müddətdə heç bir təyyarə qəbul etməyəcəyi bildirilir.

Müəllif | Apa.Tv
Apa.tv