ABŞ-da növbəti praymeriz: Klinton və Tramp yenə öndədir
ABŞ-da bu ilin noyabrında keçiriləcək prezident seçkilərinin ilkin mərhələsi davam edir.
APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, növbəti praymerizlər ölkənin 3 qərb ştatında keçirilib.
Arizonadakı praymerizlərdə demokrat cəbhədən Hillari Klintonun, respublikaçılardan isə Donald Trampın qələbəsi təsdiqlənib. Xanım namizədin böyük fərqlə üstünlük qazandığı bildirilir.
Yuta və Aydahoda isə səslərin hesablanması prosesinin davam etdiyi bildirilir. Bu ştatlarda Hillari Klinton üçün çətinlik yaranacağı istisna edilmir. Adı çəkilən ərazilərdə Klintonu Sanderslə çətin yarış gözləyir.