Daxili qoşunların əsgəri özünü asıb

Daxili Qoşunların Gəncə şəhərində qeydə alınan "N" saylı hərbi hisəsinin əsgərinin ağacdan asılmış meyiti tapılıb.

 

Gəncə şəhər Kəpəz rayonu Polis Şöbəsindən APA-ya verilən məlumata görə, meyiti tapılan şəxs Daxili Qoşunların əsgəri, Ağdam rayonunda qeydiyyatda olan 1989-cu il təvəllüdlü Cəfərov Vüqar Süleyman oğludur.

 

Meyit şəhərin Nərimanov prospektində yolun kənarındakı ağacda asılmış vəziyyətdə aşkarlanıb. Hərbçinin intihar etdiyi güman edilir.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv