Davudoğlu: “Avropanın Türkiyədən başqa tərəfdaşı yoxdur”
“Avropanın təhlükəsizliyi Türkiyədən asılıdır. Türkiyənin təhlükəsizliyi üçün dəSuriyanın şimalında təhlükəsiz bölgə yaradılması lazımdır”.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu hakim Ədalət və İnkişaf Partiyasının rayon təşkilatlarının sədrlərinin toplantısında bildirib.
Ə.Davudoğlu deyib ki, Türkiyə hökuməti illərdir ki, Suriyanın şimalında təhlükəsiz bölgə yaradılmasının vacib olduğunu bəyan edib, Avropa bunu eşitməyib: “Biz hər şeyə rəğmən, terrorla mübarizədə Avropa ilə birgə hərəkət etməkdə qərarlıyıq. Avropanın bölgədə təhlükəsizliyi qoruya bilməsi üçün Türkiyədən başqa tərəfdaşı yoxdur. Beş ildir Suriya xalqı zalım bir yönətim və onunla işbirliyi yapan terrorçular qarşısında yalnız buraxıldığı ortadadır. Bu gün bu insanlıq dramı Avropanın mərkəzini vurdu. Dünən bu böyük drama səssiz qala bilirdilər, amma bu gün acı gerçək onların da qapısını çalmaqdadır. Avropanın Suriya məsələsində çox ciddi bir siyasət dəyişikliyinə getməsi şərtdir. İstər Avropada, istərsə də Türkiyədə yaşanan alçaq hücumların arxasında Qərbin yanlış Suriya siyasəti yatmaqdadır”.
Avropa İttifaqı və Türkiyə arasında razılaşmaya toxunan baş nazir onu da qeyd edib ki, əgər aprelin 4-ə qədər Türkiyə Böyük Millət Məclisində qanunlara müvafiq dəyişikliklər qəbul edilsə, iyunun sonunda Türkiyə vətəndaşları Avropaya vizasız gedə biləcəklər.