Brüssel terrorçularından biri ötən il Türkiyədən deportasiya edilibmiş

Martın 22-də terror aktları ilə sarsılan Belçika paytaxtında partlayışları törətməkdə şübhəli bilinənlərdən birinin vəsiyyətnaməsi tapılıb. APA TV-nin məlumatına görə, polis İbahim əl-Bakrauinin vəsiyyətnaməsini Brüsseldəki axtarışlar zamanı aşkarlayıb.

 

Belçikanın baş prokuroru Frederik van Lev vəsiyyatnamədə yazılanlartdan bir hissəsini açıqlayıb:

 

“O yazır ki, tələsməlidir və nə etməli olduğunu bilmir. Yazıb ki, hər yerdə onu axtarırlar və özünü təhlükəsiz hiss etmir. Hər an həbs edilə bilər”.

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Belçikadakı terror aktlarını törətməkdə şübhəli bilinənlərdən biri ilə bağlı maraqlı bəyanat verib. O, deyib ki, terrorçulardan biri vaxtilə Türkiyədən deportasiya edilib və bu barədə Belçika səfirliyi də məlumatlandırılıb:

 

“Buyurun, Brüsseldəki terrorçulardan biri 2015-ci ilin iyununda Qaziantepdə yaxalayıb deportasiya etdiyimiz şəxsdir. Deportasiya əməliyyatını 14 iyun 2015-ci il tarixdə Belçika sədirliyinə nota ilə bildirmişik. Belçikalılar adı keçən şəxsi azad ediblər. Bu şəxsin əcnəbi terrorçu olduğu ilə bağlı xəbərdarlığımıza baxmayaraq, Belçika onun terrorizmlə əlaqəsini təsbit edə bilməyib”.

 

Qeyd edək ki, İbrahim əl-Bakraui və qardaşı Xalid əl-Bakraui Brüssel hava limanındakı partlayışın törədilməsində şübhəli bilinir.

 

Martın 22-də Belçika paytaxtılnda üç partlayış törədlib. Terror aktları nəticəsində 31 nəfər ölüb, 250 nəfər isə yaralanıb. Bununla belə, KİV terror qurbanlarının sayının 32, yaralıların sayının isə 270 nəfər olduğunu iddia edir.

 

Müəllif | Apa.Tv