Poroşenko zirehli transportyorda - REAL VİDEO

Ukrayna prezidenti Petro Poroşenko zirehli transportyor (ZTR) sürüb. APA TV-nin məlumatına görə, o, bununla bağlı videonu Facebook səhifəsində paylaşıb. Prezident yazıb ki, yeni ZTR Ukrayna istehsalıdır.

 

“Xarkov Maşınqayırma və Konstruktor Bürosunun istehsal etdiyi "ZTR-4"ü şəxsən sınadım. Bu gözəl ZTR-ləri qoşunlarda çox gözləyirlər. Tezliklə onlar ön xətdəki 92-ci briqadaya çatdırılacaq”.

 

Petro Poroşenkonun sözlərinə görə, ZTR-4-ü idarə etmək “Volqa” sürməkdən daha asandır.

 

Ukrayna prezidenti Xarkova səfəri çərçivəsində ön cəbhədəki hərbi birləşmələrə 16 ZTR və 18 minaatan verib.

 

ZTR-4-ün hazırlanmasına 2002-ci ildə Morozov adına Xarkov Maşınqayırma və Konstruktor Bürosunda başlanılıb. 

Müəllif | Apa.Tv
Apa.tv