Mosulun İŞİD-dən azad edilməsi əməliyyatı başladı
Mosul vilayətinin İŞİD-dən geri alınması məqsədilə genişmiqyaslı əməliyyata start verilib. APA TV-nin məlumatına görə, İraq Müdafiə Nazirliyi bununla bağlı rəsmi açıqlama yayıb. Açıqlamada bildirilir ki, Mosul İŞİD terror təşkilatından azad olunması üçün "Fəth" əməliyyatının birinci mərhələsi başlayıb.
Artıq Mosula bağlı bəzi kəndlər İraq ordusu tərəfindən azad olunub, həmin ərazilərdə rəsmi qurumların binalarına İraq bayrağı asılıb.