Rokfeller ailəsi neft şirkətlərindəki payını satışa çıxarıb

Rokfeller ailəsi Fondu neft şirkətlərindəki payını satmaq qərarına gəlib. APA TV-nin məlumatına görə, bu barədə fondun rəsmi saytında məlumat dərc olunub.

 

Rokfeller ailəsi bildirib ki, fondun neft və kömür hasilatı ilə məşğul olan şirkətlərdəki, o cümlədən ExxonMobil şirkətindəki səhm payı satışa çıxarılacaq. 

 

SİTAT: "Dünya ictimaiyyətinin təbii yanacaq növlərindən imtinanın zəruriliyi haqqında baş sındırdığı bir dövrdə bu şirkətlərdə investisiyalarımızı saxlamaq nə maliyyə, nə etik baxımdan uyğun deyil".

 

Fond artıq bütün kömür və neft şirkətlərində olan paylarını 1 faizədək azaltmaq barədə müvafiq göstərişlər verib. Bundan başqa Fokfeller ailəsi ExxonMobil şirkətini on illərdir guya qlobal istiləşmə olacağına dair saxta kampaniya aparmaqda ittiham edib.  

Müəllif | Apa.Tv
Apa.tv