Bakıda 20, bölgələrdə 26 dərəcə isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub-qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 6-9 dərəcə isti, gündüz  15-20 dərəcə isti, bəzi yerlərdə 23 dərəcəyədək isti, Bakıda gecə 7-9 dərəcə isti, gündüz  18-20 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman, lakin axşam bəzi yerlərdə şimşək çaxacaq, yağış yağacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 7-12 dərəcə isti, gündüz 18-23 dərəcə isti, bəzi yerlərdə 26 dərəcəyədək isti, dağlarda gecə 0-5  dərəcə isti, gündüz 11-16 dərəcə isti, bəzi yerlərdə 19 dərəcəyədək isti  olacağı gözlənilir.

Müəllif | Apa.Tv
Apa.tv