SOCAR "Petkim"dəki payının bir hissəsini satır

"Socar Turkey Energy" bu ay "Petkim Petrokimya Holding A.Ş"-dəki ("Petkim") payının bir qismini satışa çıxarmağı planlaşdırır.

 

"APA-Economics" Türkiyənin "Gazete Vatan" nəşrinə istinadən xəbər verir ki, səhmlər bu ay satışa çıxarılacaq. Bu barədə artıq müvafiq qurumlar məlumatlandırılıb.

 

Hazırda "Socar Turkey Energy" "Petkim"in 57,5%-nə nəzarət edir.

Müəllif | Apa.Tv
Apa.tv