Türkiyədə PKK-ya qarşı döyüşlər davam edir: 8 şəhid, 37 yaralı - YENİLƏNİB

Türkiyənin Mardin vilayətində PKK-ya qarşı aparılan əməliyyatda üç türk əsgəri şəhid olub. APA TV-nin Türkiyənin "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, əməliyyat zamanı doqquz xüsusi təyinatlı yaralanıb.

Bildirilir ki, xüsusi təyinatlılar şəhərdəki binalardan birində əməliyyat keçirdiyi zaman partlayıcı qurğu işə düşüb.

Şırnak vilayətində keçirilən əməliyyat zamanı atışma baş verib, nəticədə yeddi əsgər yaralanıb. PKK-çıların partlayıcı qurğunu işə salması nəticəsində yaralanan təhlükəsizlik əməkdaşları xəstəxanaya yerləşdirilsə də, onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb.

Bundan başqa Diyarbəkir-Bingöl magistral yolundakı jandarma postu qarşısında minalanmış avtomobil partladılıb, nəticədə 3 hərbçi həlak olub, daha 22 nəfər isə yaralanıb. Xəbərə görə, jandarma postu naməlum şəxslər tərəfindən avtomat silahlardan atəşə tutulub. Hərbçilər cavab atəşi açıblar.   

Hücum çəkənlərin məhv edilməsi istiqamətində əməliyyat aparılır. Hücumun PKK terrorçuları tərəfindən törədildiyi ehtimal olunur.

Müəllif | Apa.Tv