İstanbulda partlayışlar hazırlayan İŞİD üzvləri tutuldu
İstanbul polisi terror aktları törətməyi planlaşdıran şəxsləri zərərsizləşdirib. APA TV-nin “Anadolu”ya istinadən verdiyi xəbərə görə, keçirilən əməliyyat zamanı İstanbulun müxtəlif yerlərində partlayış törətməyi planlaşdıran 3 nəfər tutulub. Araşdırmalar zamanı məlum olub ki, saxlanılanlar İŞİD terror təşkilatının üzvləridir.
Məlumata görə, Türkiyə vətəndaşı Məhəmməd Nas, İraq vətəndaşı İbrahim Qanem Alşalevey və suriyalı Əli əl-Faraçın ilk hədəfi Almaniyanın Türkiyədəki diplomatik nümayəndəliyi olub.
Məhkəməyə çıxarılan hər üç şəxs həbs olunub.