Türkiyədə daha bir "canlı bomba" tutuldu

Türkiyədə daha bir "canlı bomba" tutulub. APA TV-nin xəbərinə görə, kamikadze  qadın uzun müddət axtarışda olub. 

 

Məlumata görə, saxlanılan qadın terrorçuluq fəaliyyəti ilə əlaqəli olmaqda şübhəli bilinir. Onun ölkənin şərqində yerləşən Muş şəhərində saxlanıldığı bildirilir. Qadının hansı terror qruplaşması ilə əlaqəli olduğu bildirilmir.

 

Məhkəmə qadın barəsində həbs qətimkan tədbiri seçib.   

Müəllif | Apa.Tv
Apa.tv