İŞİD rus zabitini mühasirəyə salıb öldürdü - SURİYADA


Suriyada rus hərbçi qətlə yetirilib. APA TV-nin məlumatına görə, xəbər Rusiyanın Xmeymim bazasından təsdiqlənib.

"Tadmor rayonunda hərbi tapşırığı yerinə yetirən Rusiyanın Xüsusi Əməliyyat Qüvvələrinin yüksək çinli zabiti terrorçular tərəfindən öldürülüb", - deyə, aviabaza nümayəndəliyindən bildirilir.
 

Həmin zabitin kimliyi açıqlanmasa da onun Palmira ətrafında bir neçə  çətin əməliyyatın öhdəsindən gəldiyi deyilir. Məhz həmin tapşırıqlar yerinə yetirildikdən sonra Rusiya aviasiyası uğurlu əməliyyatlar keçirməyə nail olub.

Bu arada Suriya ordusu Palmira istiqamətində güclü hücuma keçib, İŞİD-in ağır itkilər versə də geri çəkilmədiyi qeyd edilir.

 

Müəllif | Apa.Tv
Apa.tv