Roma papası müsəlmanların ayağını yudu

Roma Papası Fransisk Roma yaxınlığında miqrantların məskunlaşdığı düşərgəni ziyarət edib. APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, Vatikan rəhbəri qaçqınlara qarşı səmimi jestləri ilə örnəklik nümayiş etdirib.

Fransisik bununla bərabər Brüsseldə insanların ölməsi ilə nəticələnən terror aktlarını və onu törədənləri lənətləyib.

"Bu faciələrin törədilməsində icraçılarla yanaşı başqa günahkarlar da var, onlar həmin terrorçuları silahlandıranlardır. Onlar qan istəyirlər, sülh yox. Amma mən və burda məni dinləyənlər deyirik, biz başqa-bşqa millətlərin nümayəndələri olsaq da qardaşıq və biz əmin-amanlıq istəyirik, biz dünyada rahat, qorxusuz yaşamaq istəyirik". SİTATIN SONU.

Daha sonra Roma Papası 11 miqrantın ayağını yuyub.
 

 

Müəllif | Apa.Tv
Apa.tv