Azərbaycanda məhkum qadın özünü asdı

Azərbaycanda məhkum qadın intihar edib.

 

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Ədliyyə Nazirliyi Penitensiar xidmətin Şəki Penitensiar Müəssisəsində saxlanılan Zaqatala rayon sakini, 1959-cu il təvəllüdlü Məryəm Əyyub qızı Murtuzova martın 25-də özünü örpəklə özünü asaraq intihar edib.

 

Onun 2015-ci ildə narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunaraq 6 il 5 ay müddətinə həbs cəzasına məhkum edildiyi bildirilir.

 

Faktla bağlı Şəki rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Apa.tv