Merkelin Brüssel terrorçusu ilə fotoları yayıldı
Brüssel terrorunu törədən şəxslə Almaniya kansleri Angela Merkelin bərabər fotoları yayımlanıb. APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, Nəcim Laşrau ilə fotolar sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilib.
Suriyadan olan miqrantın il yarım əvvəl Berlində yaradılan düşərgədə yerləşdirildiyi məlum olub. Bu selfinin də məhz Merkelin o düşərgəni ziyarəti vaxtı çəkildiyi deyilir.
Məsələyə kriminalistlər də qarışıb. Rəsmi Berlindən bu fotolarla bağlı hələ ki heç bir açıqlama verilməyib.