Əsəd ordusu Palmiraya girdi: İŞİD onlara ağır zərbələr vurur


Suriyada Əsəd qüvvələri ilə İŞİD arasında Palmira uğrunda qanlı döyüşlər başlayıb. APA TV-nin Rusiya mətbuatına əsasən, ordu artıq şəhərə girib, terrorçular isə inadla müqavimət göstərirlər.

Palmiraya hücum bu gün səhərdən başlayıb. Şəhərə ilk daxil olan xüsusi hazırlıqlı "Səhra şahinləri" adlı dəstə İŞİD döyüşçülərinə zərbələr vurub.


Terrorçular isə hərbi aeroport və bir neçə məhəllədə onlara ağır itkilər verib.

"Biz yüksəklikləri ələ keçirdikdən sonra onların atəşlərinin ardı-arası kəsilmir. İŞİD tanklardan və "Zenit" qurğularından zərbələr endirir. Minamyot atəşləri isə ümumiyyətlə susmur", - deyə "Səhra şahinləri"nin komandiri bildirib.



 

Müəllif | Apa.Tv
Apa.tv