Pakistandakı terrorda insan itkisi artdı: 69 ölü, 300-dən çox yaralı - YENİLƏNİB

Pakistanın Lahor şəhərində törədilən partlayış nəticəsində ölənlərin sayı 69 nəfərə çatıb. APA TV-nin "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 300-dən insan yaralanıb.

 

Partlayış Gülşən-İqbal parkı yaxınlığında baş verib. İlkin məlumatlara əsasən partlayışı terrorçu-kamikadze törədib.

 

Ölənlərin əksəriyyətinin qadın və uşaqlar olduğu bildirilir. Terror aktına görə məsuliyyəti "Taliban" hərəkatı ilə əlaqəli olan silahlılar öz üzərinə götürüb.

Müəllif | Apa.Tv