Ağ Evdən ABŞ-ın Azərbaycandakı səfirliyinə tapşırıq
"Bütün dünyada səfirlik əməkdaşlarına, ən vacib milli maraqlarla əlaqədar olmadıqca, çıxışlar etməmək, müsahibələrdə iştirak etməmək və ya ictimai tədbirləri təşkil etməmək tapşırılıb. ABŞ hökumətinin fəaliyyətinin qismən dayandırılmasının ABŞ-ın Azərbaycandakı missiyasına təsiri olmayıb".
APA TV-nin xəbərinə görə, bu barədə ABŞ-ın Azərbayandakı səfirliyinin yaydığı bəyanatda deyilir. Bəyanatda bildirirlir ki, hökumət vasitələrinin dayandırılması ABŞ hökumətinin bir sıra fəaliyyətinin dayandırılması deməkdir. ABŞ-ın Azərbaycandakı missiyası tam heyətlə işinə davam edir: "Hüquqi məhdudiyyətlər çərçivəsində missiya ABŞ vətəndaşlarının müdafiəsi, milli təhlükəsizliyin təminatı və ticarət və iqtisadi maraqların irəli çəkilməsi ilə bağlı fəaliyyətlərini davam etdirəcək. Pasportların yenilənməsi və ABŞ vətəndaşları üçün digər xidmətlər normal qaydada davam etdirilir. Viza üçün müraciət edən şəxslər üçün xidmətlər də normal qaydada göstərilir”.
ABŞ-da federal dövlət qurumlarının maliyyələşməsi oktyabrın 2-dən dayandırılıb. Buna konqresmenlərinin oktyabrın 1-də başlayan yeni maliyyə ilinə qədər büdcə qanunu ilə bağlı razılığa gələ bilməmələri səbəb olub.