Türkiyədə terrora hazırlaşan 6 İŞİD üzvü tutuldu

Türkiyədə bomba yüklü  maşınla partlayış törətməyi planlaşdıran 6 İŞİD üzvü tutulub. APA TV-nin DHA-ya istinadən verdiyi məlumata görə, Gaziantep polisinin keçirdiyi əməliyyat nəticəsində öncə bomba yüklü maşınla partlayış törətmək planı olan terrorçulardan 4-ü tutulub.


Polis şöbəsində dindirilmə zamanı onların İŞİD-in sıralarında xüsusi təlim keçdikləri və terrorçu-kamikadze kimi yetişdirildikləri məlum olub. Tutulanların verdiyi ifadələr əsasında polis daha iki nəfəri saxlayıb.

Eyni zamanda terrorçuların dindirilməsi zamanı məlum olub ki, onlardan biri  keçən ilin noyabrın 10-da Ankarada baş verən partlayışın planlaşdırılmasında yaxından iştirak edib.
 

Saxlanılanlar məhkəməyə çıxarılaraq həbs ediliblər.

 

Müəllif | Apa.Tv
Apa.tv