Bayram günlərinin yol qəzaları statistikası: 21 ölü, 96 yaralı
Bayram günləri Azərbaycan ərazisində baş verən yol qəzalarının statistikası açıqlanıb. Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev APA-ya açıqlamasında bildirib ki, martın 19-dan 28-dək ölkənin avtomobil yollarında 69 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 21 nəfər ölüb, 96 nəfər xəsarət alıb.