Gəncənin mərkəzində yol qəzası: ağır yaralı var

Gəncə şəhərində bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

“Opel” və “VAZ 2107” markalı avtomobillərin toqquşması nəticəsində 1986-cı il təvəllüdlü Eşqin Məmmədov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv