Pakistanda terror aktı törədən kamikadzenin başı və ayağı tapıldı
Pakistanın Lahor şəhərində uşaq-əyləncə parkında terror törədən kamikadzenin meyitinin hissələri aşkarlanıb. APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, kamikadzenin başı və ayağı tapılıb.
Hadisə yerindən həmçinin partlayıcı elementləri olduğu ehtimal edilən kiçik metal kürələrə də götürülüb.
Xatırladaq ki, partlayışın törədildiyi Lunapark ərazisində çoxu uşaq və qadın olmaqla 72 nəfər həyatını itirib. Terror aktına görə məsuliyyəti "Təhrik-i-taliban Pakistan" qruplaşması üzərinə götürüb.