Şəhid zabit Lənkəranda torpağa tapşırıldı

Ötən gün saat cəbhənin Qazax bölgəsində düşmən təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun zabiti, 1992-ci il təvəllüdlü Qalib Laim oğlu Zülfüqarlı bu gün dəfn edilib. APA TV-nin Cənub bürosunun verdiyi məlumata görə, şəhid olan leytenant bu gün doğulduğu Lənkəran rayonunun Vilvan kəndində torpağa tapşırılıb.

 

Dəfn mərasimində kənd sakinləri, rayonun icra strukturlarının nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinin əməkdaşları, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri  iştirak ediblər.

 

Yaylım atəşindən sonra şəhid torpağa tapşırılıb.


Qeyd edək ki, bu, Vilvan kəndindən ötən iki ay müddətində sayca ikinci şəhiddir. Yanvarın 29-da kənd sakini, 1996-cı il təvəllüdlü Nahid Fikrət oğlu Səfərov da cəbhə bölgəsində düşmən gülləsindən şəhid olub.

 

Allah rəhmət eləsin!

Müəllif | Apa.Tv