İlk valyuta hərracı: 100 milyondan cəmi 500 min dollar satıldı

Bu gün Azərbaycan Mərkəzi Bankının müntəzəm hərracları vasitəsilə hərrac təşkil edilib.

 

Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) "APA-Economics"ə verilən məlumata görə, ARDNF tərəfindən 100 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb, bu vəsaitdən 0,5 milyon ABŞ dolları məbləğində vəsait 3 banka satılıb.

 

İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.

Müəllif | Apa.Tv
Apa.tv