İsrail öz vətəndaşlarını Türkiyədən geri çağırır - TERROR TƏHLÜKƏSİ
İsrail martın 19-da Taksim meydanında törədilən terror aktının yenidən təkrarlana biləcəyi ehtimalını nəzərə alaraq, Türkiyə ərazisində olan ölkə vətəndaşlarına xəbərdarlıq edib. APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, ölkənin Nazirlər Kabineti yanında Terrorla Mübarizə İdarəsi terror təhlükəsi ilə bağlıyazılı bildiriş yayıb.
Xəbərdarlıq mətnində Türkiyədəki İsrail vətəndaşlarına qarşı terror təhlükəsinin səviyyəsi 2-ci, ən yüksək səviyyəyə qaldırılıb. Bununla belə, İsrail hökuməti bu xəbərdarlığın edilməsinə əsas verə biləcək faktorları açıqlamayıb.