Cəlilabadda qaz istismar sahəsinin əməkdaşları döyülüblər

Cəlilabadda qaz istismar sahəsinin işçiləri borclu abonentlərin təcavüzünə məruz qalıblar. APA TV-nin Cənub bürosunun məlumatına görə, hadisə rayonun Alar kəndində qeydə alınıb. Kənddə borcu abonentlərin qaz xətləri kəsilən zaman bir neçə yerli sakin idarənin qaynaqçısını döyüb. Bu vaxt kənd sakinlərini ayırmağa çalışan  digər işçilər də onların qəzəbinə tuş gəlib. Nəticədə Qaz istismar sahəsinin 3 əməkdaşı müxtəlif bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

 

Hadisə ilə bağlı Cəlilabad Rayon Polis Şöbəsinə də məlumat verilib. Hazırda faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv