İŞİD uşaq bağçalarına hücumlar hazırlayır - TÜRKİYƏ HƏYƏCAN İÇİNDƏ
İŞİD terror təşkilatı yaxın vaxtlarda Türkiyədə yeni terror aktları hazırlayır. APA TV xəbər verir ki, bu barədə məlumatı Britaniyanın Sky News telekanalı yayıb. Məlumata görə, bu dəfəki terror aktının hədəfi uşaqlar ola bilər.
Telekanalın kəşfiyyat xidmətindəki mənbələri bildiriblər ki, yeni terror aktlarının ən yaxın günlərdə məktəblər, uşaq bağçaları və gənclər mərkəzlərində törədilə biləcəyi ehtimal olunur.
Terror təhdidi ilə əlaqədar Türkiyədə polisin indiyədək həyata keçirdiyi tədbirlər yanaşı, daha yüksək təhlükəsizlik tədbirləri görülür. Terrorçuluqla mübarizə fasiləsiz davam etdirilir.
Məlumata görə, xüsusi xidmət orqanları İŞİD-in yeni terror planları barədə informasiyaları ötən həftə Qaziantepdə ələ keçirilən 6 İŞİD silahlısından alıblar.
Terrorçuların mümkün hədəflərindən biri də İstanbuldakı sinaqoq ola bilər. Sinaqoqda icma mərkəzi və məktəb də fəaliyyət göstərir.