ABŞ Konqresi önündə atışma olub

ABŞ Konqresinin binasının önündə atışma baş verib. APA TV-nin məlumatına görə,  Konqres Binasının təhlükəsizliyinə cavabdeh olan Polis Departamentinin rəisi bina önündəki atışma barəsində açıqlama verib. Baş verən və həm Konqres, həm də "Ağ Ev" əməkdaşlarının təxliyə edilməsinə səbəb olan hadisənin terror aktı olmadığını bildirib, olayı adi bir cinayət kimi dəyərləndirib.

Qeyd edək ki, hadisə Konqres binasının turistlər üçün nəzərdə tutulmuş hissəsində, bina ilə tanış olmağa gələn turistlərin üzərinə baxış keçirilməsi zamanı baş verib. Ziyarətçilərdən biri gözlənilmədən silahını çıxararaq, polis əməkdaşlarına tərəf istiqamətləndirib. Həmin şəxs polislərdən birinin açdığı atəş nəticəsində yaralanıb. Eyni zamanda Hadisə zamanı kompleksə gələnlərdən biri də güllə yarası alıb. Polis əməkdaşlarının müdaxiləsi nəticəsində silahlı şəxsi zərərsizləşdirmək mümkün olub.

Müəllif | Apa.Tv
Apa.tv