Misirdə qaçırılan təyyarədə "canlı bomba" var: qadınlar və uşaqlar azad edildi - YENİLƏNİB

Naməlum şəxslər Misirdə sərnişin təyyarəsini qaçırıb. APA TV-nin “Reuters”ə istinadən verdiyi xəbərə görə, təyyarə İsgəndəriyyədən Qahirəyə uçurmuş. İçərisində 81 sərnişini olduğu bildirilən təyyarə Cənubi Kiprin Larnaka hava limanına endirilib.


Bu arada "Airbus A320" sərnişin təyyarəsinin qaçırılması ilə bağlı bəzi təfərrüatlar məlum olub. Misirin Mülki Aviasiya Nazirliyindən verilən açıqlamada qaçırılmazdan əvvəl üzərlərində partlayıcı maddələrlə dolu kəmər olan kamikadzelər pilotları təyyarənin partladılacağı ilə təhdid edib. Bundan sonra Cənubi Kiprin Larnaki hava limanına endirilib. Təyyarədə olan 50 nəfər buraxılıb, onlar qadınlar və uşaqlrdır.

Baş vermiş hadisə səbəbi ilə Rusiya artıq Cənubi Kiprə olan təyyarə reyslərini təxirə salıb.

Müəllif | Apa.Tv
Apa.tv