Təyyarə qaçıran professorun arvadı: "Ərim də professordur, amma bu deyil" - SERİAL KİMİ HADİSƏ
Misirdə təyyarə qaçıran və pilotları Cənubi Kiprə eniş etməyə məcbur edən şəxsin kimliyi dəqiqləşdirilib. APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, həmin şəxs iddia edildiyi kimi ABŞ-ın Atlanta universitetinin professoru, 50 yaşlı İbrahim Səmaha yox, Qahirə universitetinin tarix üzrə professoru, 59 yaşlı Seyf əd-Din Mustafadır.
Maraqlı burasıdır ki, adı çəkilən ABŞ universitetinin professoru İbrahim Səmaha da təyyarədə olub, lakin o, laynerə sərnişin kimi əyləşib və azad olunan girovların siyahısındadır.
Bundan başqa, iddia edildiyi kimi İbrahim Səmaha adlı şəxsin Cənubi Kiprdə yaşayan keçmiş həyat yoldaşına məktub göndərmək istəməsi tələbindən sonra, professorun arvadı özü polislə əlaqəyə girərək ərinin təyyarə qaçıra biləcək adam olmadığını və İbrahim Səmahanın başqa bir sevgilisinin varlığına inanmadığını bildirib.
Seyf əd-din Mustafaya gəlincə, o, həqiqətən də Cənubi Kipr vətəndaşı Marina Parasxu adlı qadınla evli olub və onların dörd uşağı var. Xüsusi xidmət əməkdaşlarının hava piratı ilə danışıqlar apardığı əraziyə gələn qadın da məhz Marina Parasxu olub.
Professor Seyf əd-Din Mustafanın psixi problemlərdən əziyyət çəkdiyi deyilir. Onun tələbələrinə gəlincə, professor Misir həbsxanalarında cəza çəkən məhbusların azadlığa buraxılmasını istəyir.
Son məlumata görə, "Airbus A320"nin göyərtəsində ekipaj da daxil olmaqla 7 nəfər saxlanılır.