Saxlanılan Nardaran sakini: "Dedim belə yer var, yığışdıq getdik..."

Nardaranda oğurluq olub.  Bakı şəhər sakini Namiq Fərəcullayevə məxsus evdən 40 metr elektrik naqili, 1 ədəd elektrik cihazı və geyim əşyaları oğurlandığı barədə  polisə məlumat verilib. 

 

Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbəsi bağlar massivində  oğurluq etməkdə təqsirli bilinən  Qəhrəman Quliyev, onun oğlu Əmrah, Hüseyn Əsədov və əvvəllər məhkum olunmuş Zahid Cəbrayılov tutularaq istintaqa təqdim ediliblər.

 

Ümumilikdə saxlanılan şəxslərin qəsəbə ərazisində yeni tikilməkdə olan 15-ə yaxın həyət evindən oğurluq etdikləri məlum olub. Oğurluq ediləcək yerləri Zahid Cəbrayılov nişan verib. "Dedim belə bir yerlər var, yığışdıq oğurluğa getdik".

 

Digər tutulan şəxs Əmrah Quliyev isə oğurluq etdikləri mənzillərin sayını dəqiq xatırlamır. "Təxminən 15-20 mənzildən oğurluq etmişik".


Saxlanılan Qəhrəman Quliyev bacısı oğlunun da onlarla birlikdə olduğunu etiraf edib. "Bacım oğlu bizdə qalarkən 35 metr kabel gətirdi, aparıb satmışıq".  


Qeyd edilən faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv