Dollar növbəti dəfə manat qarşısında kəskin ucuzlaşdı

ABŞ dollarının manata qarşı sabaha olan rəsmi məzənnəsi açıqlanıb. APA TV-nin məlumatına görə, dollar növbəti dəfə manat qarşısında kəskin ucuzlaşıb. Mərkəzi Bankın açıqladığı rəsmi kursa əsasən, sabah 1 ABŞ dollarının məzənnəsi 1,5586 manat təşkil edəcək. Bu, son məzənnədən 1,5 qəpik ucuzdur. Xatırladaq ki, dolların bugünkü rəsmi kursu 1,5737 manat olub. 

Müəllif | Apa.Tv
Apa.tv